Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çanaqqala döyüşü

Çanaqqala döyüşü — Birinci Dünya Müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı Dövləti ilə İttifaq Dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında edilən dəniz və quru müharibələridir. İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir əkinçilik və əsgəri ticarət yolu açmaq, Alman müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuşdur və iki tərəfin də çox ağır itkinlər verməsiylə İttifaq Dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşib, hər vətəndaşın xatirəsində qalmışdır. Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərmiş olan bu döyüş Türk Qurtuluş Döyüşünə də təsir etmişdir. Türkiyə cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, 18 mart, Çanaqqala Şəhidlərini Xatırlama Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır. Eric Bolge tərəfindən yazılan döyüş əleyhdarı mahnısı "And The Bant Played Waltzing Matilda" bu döyüşlə əlaqədardır.Mündəricat
1 Başlanğıc səbəbləri
2 Çanaqqalanın iqtisadi və strateji önəmi
3 Savaşın başlanğıcı
4 Savaş əsnasında
5 Savaşdakı itkilər
6 İstinadlar
7 Xarici keçidlər


Başlanğıc səbəbləri

Osmanlı Dövləti 21 avqust 1914-ci ildə Almaniya ilə müqavilə imzalamışdı. Ancaq bu müqavilə, Osmanlı Dövlətinin döyüş hazırlığı zəif olduğu üçün gizli saxlanılırdı. Bu müqavilədən dərhal sonra səfərbərlik başlamışdı. Aralıq dənizidə ingilis donanması qarşısından geri çəkilən Alman ağır kreyserlərinin admiral Sukonun rəhbərliyi ilə 10 avqust 1914-ci ildə Çanaqqala Boğazını keçərək İstanbula gəlmələri böyük bir gərginlik yaratmışdı. Alman Donanmasına məxsus bu gəmilərin Boğazdan keçməsinə icazə vermək döyüş səbəbi sayılacaqdı. Ancaq Osmanlı Dövləti, bu gəmilərin Almaniyadan satın alındığını açıqlayaraq gərginliyi təxirə salmışdır. Haqqında danışılan gəmilər 16 avqust 1914-ci ildə Yavuz və Midilli adlarıyla Osmanlı Donanmasına qatıldı. Bu gəmilərdəki Alman dənizçiləri, Osmanlı Donanmasına aid zabit və əsgər formaları geyərək gəmilərdəki vəzifələrini davam etdirmişlər, Admiral Souchon isə Osmanlı Donanması Komandirliyinə gətirilmişdi. Beləcə Almaniya, yaxın gələcəkdə Rus limanlarına qarşı istifadə edilmək üçün iki böyük silahını Aralıq dənizindən keçirərək Qaradənizin yaxınına atmış oldu. Admiral Sukon tabeliyində olan, Yavuz və Midillinin də içində olduğu Osmanlı flotunun 27 oktyabr 1914-ci ildə Qaradəniz sahillərindəki Rus limanlarını bombalamaları səbəbindən Rusiya İmperatorluğu və Birləşmiş Krallıq, Osmanlı Dövlətinə müharibə elan etdi.

Çanaqqalanın iqtisadi və strateji önəmi

Avropa cəbhələrindəki hadisələr, İngiltərə və Fransanı müttəfiqləri Rusiyanı dəstəkləmək məcburiyyətində gətirmişdir. Onsuz da Rusiya, Almaniya üzərində kifayət qədər güclü bir təzyiq edə bilmirdi. Məhdud sənaye tutumu səbəbindən İngilis və Fransız dəstəyinə ehtiyac duyulurdu. Fransa və İngiltərənin bu dəstəyi təmin etməsi üçün ola biləcək dörd yol vardidi. Şimal nəqliyyat xəttlərindən ikisi keçinilməz idi. Şimal Dənizi, ilin çox böyük hissəsində donmuş olduğundan dəniz nəqliyyatına imkan vermirdi, Baltik dənizi isə Alman Donanmasının nəzarətində idi. Orta nəqliyyat yolu olan Avropa quru yolu da almanların nəzarəti altında idi. Dördüncü yol isə Osmanlı Dövlətinin nəzarətində olan Çanaqqala və İstanbul boğazlarından keçən dəniz yolu idi. Avropalılar zəif hesab etdikləri Osmanlı Dövlətini boğazlardan bir hücumla qovacaqlarını düşünürdülər. Bu zaman Rusiyanın dəstəklənilməsi mümkün olacaqdı, həm də Osmanlı Dövlətinin məğlubiyyəti ilə Almaniya bir müttəfiqini itirmiş olacaqdı. Qələbə çalacaqları təqdirdə Osmanlının idarəsində olan Süveyş Kanalı, İngiltərənin Uzaq şərq nəqliyyat yolunu təmin etmiş olacaqdı. Rusiya ilə Qaradəniz üzərindən dəniz nəqliyyatının açılması xüsusilə əhəmiyyətli idi. Boğazların ələ keçirilməsi İngilis və Fransız firmaları üçün böyük qazanclar gətirəcəkdi.

Savaşın başlanğıcı

19 fevralda 1915-ci ildə, güclü Fransız qüvvələri ilə İngilis Elizabet döyüş gəmisi Osmanlı sahil qüvvələrini bombalayaraq ilk Çanaqqala hücumunu başlamış oldular.Admiral da Robeckun tabeliyində olan ən azı 16 döyüş gəmisindən ibarət nəhəng donanma Çanaqqalanı keçməyə qalxmışdır. Ancaq Nüsrət Mina Gəmisi adlı Osmanlı mina gəmisinin boğazın Asiya tərəfinə yerləşdirdiyi dəniz minaları tərəfindən böyük ziyan aldılar. Bəzi balıqçılar, ingilislər tərəfindən mina toplama işinə cəlb edilsələr də, Osmanlı ordusunun açdığı top atəşindən qorxaraq qaçmışdılar. Yerində qalmış bu minalar ingilis və fransızların üç döyüş gəmisini batırmışdır. Daha bir-neçə ingilis və fransız döyüş gəmilərinə böyük ziyan dəymişdir. İngilis donanmasının məğlub olması Osmanlı əsgərlərinə inanılmaz bir mənəvi qüvvət vermişdir.Bu ağır itkilər İttifaq dövlətlərinə, Çanaqqalanı dəniz yoluyla keçə bilməyəcəklərini əyan etdi. İttifaq dövlətləri quru əməliyyatlarına başlayaraq sahili toplardan təmizləmək istədilər. İttifaq Dövlətləri yarımadaya çıxaraq Osmanlı Dövlətini qurudan məğlub etməyi planlaşdırmışdılar. Hücum iki cəbhədən, Seddülbahir Cəbhəsindən və Arıburnu Cəbhəsindən edilmişdir.

Dəniz müharibəsi

Savaş əsnasında


Seddülbahir Cəbhəsindəki ingilis və fransız birliklərinin ilk hədəfi Çirkdə Kəndi və şimalındakı Alçıtəpə olmuşdur. Üç dəfə hücum edilməsinə baxmayaraq müvəffəqiyyətsizliyə uğrayan cəbhə komandirləri, ingilis komandir H. Weston və fransız komandir Gouraund, bütün cəbhə xəttində deyil də, daha məhdud bir xəttdən hücumları lazımlı görmüşlər.Planın ilk əməliyyatı, cəbhənin ən sağ (şərq) bölgəsi olan Kerevizdərədə tətbiq edildi. 18 iyunda başlayan top atışı üç gün davam etdirilmişdir. 21 iyunda fransızlar, təpəni ələ keçərməyi bacarmışdır. Bir sonra Zığındərə hücum başladı. 30 iyun 1915-ci ilin səhərinədək bir neçə dəfə əldən-ələ keçən Zığındərə, sonda ingilislərdə qalmışdır. Polkovnik Həsən Bəsrinin diviziyasının Zığın kürəyinə və Polkovnik Nicolainin tabeçiliyində olan diviziyanın Zığındərənin şərq yamaclarına təkrar hücumları isə nəticəsiz oldu. Hər iki qanaddan edilən hücumların ardından bu dəfə cəbhənin mərkəz hissəsindən hücuma keçilmişdir. Üç saat davam edən və 60.000 min top gülləsinin istifadə edildiyi hazırlıq atəşi ardından 12 iyul 1915-ci ilin səhəri başlayan hücum iki gün davam etmişdir. Hazırlıq atəşindən sonra hücuma başlayan ingilislər, heç bir döyüşçünün sağ qalmadığı ilk xətt sipərlərini alsalar da, ikinci xətt sipərlərində ağır itkiyə uğrayaraq geri çəkilmişdilər. Günortadan sonra ehtiyatdakı ingilis briqadasının girişdiyi hücumda ingilislər, üçüncü xətt sipərlərinə girsə də Osmanlıların hücumlarıyla yenidən köhnə mövqesinə çəkilmişdirlər. Növbəti hücum, 6 avqustda Çirkdə kəndi istiqamətində başlamışdır. İngilislər, ilk xətt sipərlərinə daxil olmuş, ancaq qarşı hücumla geri atılmışlar. Hücumun ikinci günü ingilis hücumları, Çirkdə Kəndinin cənub qərbindəki bir bağ sahəsinin bir hissəsini tuta bilmişdilər. İngilis hücumunun müvəffəqiyyətsiz olması səbəbindən General Sirr Ian Hamilton, Seddülbahir Cəbhəsində heç bir döyüşün keçirilməməsi əmrini vermişdir.

Arıburnu Cəbhəsində 25 aprel 1915-ci ilin səhəri hücuma keçən Anzak Kolordusu qüvvələri isə, Polkovnik Mustafa Kamalın 10 avqust səhəri başlatdığı hücum ilə geri çəkilmək məcburiyyətində qalmışdılar. Gelibolu yarımadasında bir nəticə əldə edə bilmək üçün ingilis generalı Sir Ian Hamilton, şimalda üçüncü bir cəbhə (Anafartalar cəbhəsi) açmaq qərarına gəlmişdi. 6 Avqust 1915-ci il tarixində Suvla Qoyuna qoşun çıxarıldı. 5-6 avqust gecəsi başlayan hücum gün boyu davam etmişdir. Osmanlılar mövqelərini qorumağı bacarmışdır. Misirdə olan 5.000 minlik bir diviziya da cəbhəyə gətirildi. İçəridən və çöldən möhkəmləndirilən Anafartalar Cəbhəsindəki qüvvələrlə birlikdə ümumi bir hücum planlaşdırıldı. İkinci ümumi hücumuyla eyni gündə, 21 avqustda Anzak birliklərinin Bomba Təpə hücumu nəticəsiz və Çanaqqala Döyüşünün son müharibəsi olmuşdur. Bomba Təpədəki qarşıdurmalar isə 29 avqust tarixinə qədər davam etsə də təpə, Osmanlıların əlində qalmışdır.

Osmanlı qüvvələrinin müqaviməti qarşısında cəbhələr bağlanmışdır. Bolqarıstan 14 oktyabr 1915-ci il tarixində İttifaq Dövlətlərinə qatılmışdır. Almaniya ilə Osmanlı arasında Balkanlar üzərindən dəmiryolu xətti isə 29 oktyabrdan işləməyə başlamışdır. Bu tarixdən üç gün sonra General Ian Hamilton vəzifədən alınaraq yerinə General Charles Monro təyin edilmişdir. 16 noyabrda Müttəfiqlərin Selanik Cəbhəsi də General Monroya bağlanmışdır. General Birdvood, General Monroya bağlı olmaq üzrə Çanaqqala Müttəfiq Qüvvələri Komandirliyinə təyin edildi. 7 dekabr 1915-ci il tarixində Arıburnu və Anafartalar Cəbhələrindəki Müttəfiq qüvvətlər çıxarılaraq Selanik Cəbhəsinə aparılmışdır, Seddülbahir Cəbhəsindəki qüvvələr isə yerlərində qalmışlar. Bu cəbhədəki qüvvələrin azad edilməsinə isə 27 dekabr 1915-ci il tarixində qərar verilmişdir. Azad etmə əməliyyatları 9 yanvar 1916-cı ildə tamamlanmışdır. Beləcə Gelibolu Müharibələri Osmanlı qüvvələrinin zəfəriylə nəticələnmişdir.

Mustafa Kamal bu döyüşdə Conkbayırı Anafartalar və Arıburnunda hərdi vəzifələr yerinə yetirmişdir. Döyüşlərin ilk günü Conkbayırındakı müdaxiləsi və döyüşün son mərhələlərində üzərinə götürdüyü vəzifələr, Mustafa Kamalın əsgəri qabiliyyətlərini ortaya çıxarmış, "Anafartalar Qəhrəmanı" olaraq tanınmasını təmin etmişdir. Bu vəziyyət daha sonraları Mustafa Kamalın milli liderliyini ortaya çıxarmışdır.

Savaşdakı itkilərÖlü və Yaralı Balansı
ÖlənYaralıToplam
Avstraliya8.70919.44128.150
Yeni Zellandiya2.7014.8527.553
Birləşik Krallık21.25552.23073.485
Fransa10.000 (Təxmini)17.00027.000
Hindistan1.3583.4214.779
İtilaf Devlələi44.07297.037141.109
Osmanlı45974[1][2]174.634251.000


Tarix: 28.02.2013 / 21:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 623 Bölmə: Dunya ve tarixi
loading...