Kappuçino
Havaların soyuduğu bu zamanlarda içinizi isidən içkilər hazırlamağın tam zamanıdır. Belə içkilərdən biri də kappuçinodur.
Tərkibi:
● 2 stəkan süd
● 4 çay qaşığı rəndələnmiş ağ şokolad
● 4 çay qaşığı şəkər tozu
● 2 çay qaşığı qəhvə dənəsi
● Yarım stəkan krem şanti
Hazırlanması:
1.İlk öncə südü balaca bir qazanda isidin.
2.Rəndələnmiş şokolad və qəhvəni üzərinə əlavə edib əriyənə kimi qarışdırın.
3.Hazırlanmış qarışığı 4 kapuçino fincanına süzün.
4.Krem şantini üzərlərinə töküb üstünə darçın səpin.
5.İsti halda süfrəyə verin
Nuş olsun!
Tarix: 29.11.2014 / 14:27 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Dünya mətbəxi
loading...