Tərkibi:
3 xörək qaşığı zeytun yağı
250-300 qram ağ göbələk yaxud adi göbələk(böyük göbələklər qalın doğranılır,lap balacalar bütöv saxlanmalıdır)
1 xörək qaşığı duzsuz kərə yağı
Dəniz duzu və təzə döyülmüş qara istiot
½ xörək qaşığı doğranmış sarımsaq
½ çay qaşığı doğranmış təzə kəklikotu
2 çay qaşığı təzə limon şirəsi
¼ fincan quru ağ şərab
½ xörək qaşığı doğranmış cəfəri +əlavə yeməyin üzərini bəzəmək üçün
Hazırlanması:
Tava yüksək dərəcəli odda qızdırılır,zeytun yağı tökülür. Yağ dağ olanda göbələklər əlavə olunur və bir lay kimi yayılır. Lakin qarışdırılmamalıdır.Təxminən 2 dəqiqə, göbələklərin alt hissəsi tündləşənəcən qızardılır. Əgər göbələklər vaxtından əvvəl qarışdırılsa onlar su salacaq və buğa düşəcək. Yalnız alt hissəsi qovrulandan sonra tavanı silkələməklə göbələkləri çevirmək lazımdır. Bu qayda ilə göbələklər təxminən 5 dəqiqə yüksək odda bişirilməlidir. Sonra bişmiş göbələklərin suyu çıxıbsa, göbələklər tam süzülür və göbələklər yenidən tavaya əlavə olunur.
Üzərinə yağ əlavə edib hərdənbir qarışdırmaqla yaxşıca qovrulana kimi 2-3 dəqiqə bişirilir. Duz,istiot və sarımsaq əlavə olunur. Sarımsaq yüngül qovrulana kimi təxminən 2 dəqiqə bişirilir.
Kəklikotu və limon şirəsi qatılıb və su buxarlanadək bişirilir. Sonra şərab əlavə edilir,odun dərəcəsi azaldılır və göbələklər sousun içində şirələnənədək qaynadılır. Cəfəri əlavə edilir, yemək boşqaba tökülüb, dərhal süfrəyə verilir.
Nuş Olsun!
Tarix: 29.11.2014 / 14:10 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Dünya mətbəxi