Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mayasız bibərli pizza

xəmir üçün:
2 su stəkanı un
Yetərli qədər ilıq su
1 çay qaşığı duz
1 yemək qaşığı qatıq
Yarım paket qabartma tozu
3 yemək qaşığı duru yağ

Üzəri üçün:
3 yemək qaşığı ketçup
1 yemək qaşığı duru yağ
1 ədəd qırmızı bibər
2 ədəd dolmalıq bibər
1,5 su stəkanı rəndələnmiş holland pendiri

Unun ortası hovuz edilir. Qatıq, yağ, qabartma tozu, duz una əlavə olunaraq orta sərtlikdə bir xəmir edilir.Xəmir yarım saat dinləndirilir. Sonra bu xəmir yağlanmış yumru bir soba qabında açılır. Xəmirin üstünə yağ və ketçup qarışığı sürtülür.Sonra kibrit çöpü şəklində doğranmış bibərlər qoyulur. Üzərinə rəndələnmiş holland pendiri səpilir. Əvvəldən isidilmiş 180 dərəcə sobada açıq çəhrayı qızarana qədər bişirilir.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:11 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Dünya mətbəxi
loading...