Tərkibi:
Blinlər üçün:
Un-1 st.
Süd-3/4 st.
Su-3/4 st.
Yumurta-2 ədəd
Şəkər tozu- 1 x.q
Duru yağ- 2 x.q
İçlik üçün:
Mal əti-500 q
Soğan-1 baş
Göbələk-300 q
Xama
Holland Pendiri
Hazırlanması:
1. Blinlər üçün nəzərdə tutulan ərzaqlar qarışdırılıb mikserlə çalınır. Alınan duru xəmirdən blinlər hazırlanır.
2. Xırda doğranılmış soğan tavada bir az qovrulur. Ət ayrıca bişirilib xırda doğranıllır və soğana əlavə edilib bir az da qovrulur. Ət-soğan qarışığına doğranmış, ayrıca bişirilmiş göbələk əlavə edilir və bir az da qovrulur.
3. Hər blinin üzərinə xama çəkilir və alınan ət-göbələk qarışığı əlavə edilir. Sonuncu 10-cu blinin üzərinə yenə xama çəkilir və sürtgəcdən keçirilmiş holland pendiri səpilir.
4. Piroq qabaqcadan 180 dərəcəyədək qızdırılmış sobada 10-15 dəq. hazırlanır.
Nuş Olsun!
Tarix: 29.11.2014 / 13:55 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Dünya mətbəxi