Fındıqlı şokolad yağı
Tərkibi:
2 yumurta
3 st. şəkər tozu
2 x.q. kakao
4 x.q. un
1 çimdik vanil
1 st. fındıq
1 ç.q. kərə yağı
2 st. süd
Hazırlanması:
Yumurtanı şəkər tozu ilə yaxşıca çalın. Un, kakao, xırdalanmış (ən yaxşısı qozçəkən maşından keçirilmiş) qovrulmuş fındıq, kərə yağı, vanil əlavə edib qarışdırın. Sonra süd əlavə edib yenə yaxşıca qarışdırın. Alınan qarışığı vam odda qatılaşanadək qarışdıraraq bişirin.
Nuş olsun!
Tarix: 29.11.2014 / 14:01 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Dünya mətbəxi
loading...