Tənbəl xaçapuri
1
Tərkibi:
100 q bərk pendir
100 q xama
1 yumurta
1 x.q. un
şüyüd
duz
istiot
bitki yağı
Hazırlanması :
Pendiri sürtgəcin xırda gözündən keçirin.
Şüyüdü yuyub xırda doğrayın.
Pendir, xama, yumurta, un və şüyüdü bir qaba qoyun. Duz, istiot vurun. Yaxşıca qarışdırın.
Bitki yağını tavada qızdırın. Qarışığı içinə töküb hamarlayın.
Hər iki üzünü 10 dəqiqə qızardın.
Kağız salfetin üstünə qoyub yağını çəkməsini gözləyin.
Soyudub üçbucaq paylara bölün.
Nuş olsun!
Tarix: 29.11.2014 / 13:53 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Dünya mətbəxi
loading...