Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İtalyansayağı badımcan döşəməsi

Tərkibi:(6 pay)
3 badımcan
5-6 pomidor
1 baş soğan
8-10 ədəd yaşıl zeytun
40 qram kapers
50 ml zeytun yağı (15 q badımcan üçün, 35 q soğanı qovurmaq üçün)
40 q parmezan pendiri
120-150 q motsarella pendiri
1 çimdik quru göyərti (ədviyyat)
Duz (Zövqə görə)
4 diş sarımsaq
Qara istiot
25-30 ml balzamik sirkə
1 x.q şəkər tozu

Hazırlanması:
Badımcanları uzunasına doğrayın, 10-15 dəqiqə suda saxlayın, çıxarıb qurulayın. Siniyə düzün. Üstünə yağ gəzdirib sobada, 180 dərəcədə 30 dəqiqə bişirin. Qalan yağda xırda doğranmış soğanı, zeytunu, kapersləri qovurun, 5 dəqiqə sonra ədviyyat, quru göyərti, balzamik sirkə, şəkər tozu əlavə edin (yaxşı olar ki, bunları dadına baxa-baxa əlavə edəsiniz). Bir qədər sonra götürün.
Pomidorları halqa doğrayın.
Motsarellanı halqa doğrayın.
Badımcanın üstünə pomidorları, soğanla tərəvəzləri, motsarellanı düzün. Üstünə parmezan səpin. Sobada 10-12 dəqiqə bişirin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:26 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Dünya mətbəxi
loading...