Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fransız qayğanağı resepti

Tərkibi (1-2 pay):
1 xırda soğan
2 xırda pomidor
2 dilim çörək
2 yumurta
pendir
duz

Hazırlanması:
Soğanı xırda doğrayıb bitki yağında qovurun.
Pomidorları xırdalayıb soğana əlavə edin.
Çörək dilimlərini kubik doğrayıb tavaya tökün.
2 yumurtanı çalın, tavadakılara əlavə edin.
Qarışdırın. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpib tavanın qapağını örtün. Pendir əriyəndə qayğanaq hazırdır.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:33 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Dünya mətbəxi
loading...