Tərkibi:
Toyuq ciyəri- 700 qr
Mal ciyəri- 250 qr
Kök- 2 ədəd
Soğan- 3 ədəd
Duz ( sarımsaq, paprika, petruşka, tmin, fındıq, kumin və kukurma ədvaları )
Yumurta- 2 ədəd
Bərk pendir- 300 qr
Bitki yağı - ciyəri və tərəvəzləri qovurmaq üçün
Slivki ( rusca )- 3-4 x. qaşığı
Jelatin- 5 x. qaşığı
Su- 200 milli qr.
Kapers- 1-2 x. qaşığı
Konyak- 1 x. qaşığı
Bitki yağı- 50-70 qr bəzək üçün
Pomidor- 2,3 ədəd bəzək üçün
Petruşka- bəzək üçün
Kərə yağı- bəzək üçün
Hazırlanması :
Ciyəri örtükdən aza edib, hissələrə bölün. Toyuğun ciyərini bişirməyə başladıqda istifadə edirsiz, mal ətini isə bişirməkdən bir gün əvvəl süddə islatmaq lazımdır. Kökü və pendiri sürtkəcdən keçirin, soğanı və yumurtanı xırda-xırda doğrayın. Tavada kökü, soğanı və ciyəri qovurun, azca su və duz əlavə edin. 5-7 dəqiqə qapaqla qovurun.
Jelatini suda əridib, şişməsini gözləyin, qaynama dərəcəsinə çatdırın. Yumurta, pendir və slivkaları qarışdırın. Blenderle çalın, soyumuş ciyəri də blenderle qarışdırın. Jelatini iki yerə ayırın yarısını ciyərə, qalanını pendirli kütləyə qatın. Kapers və konyakı əlavə edin.
Formaya qida plyenkası sərin, əvvəl ciyər kütləsini qaba tökün, sonra pendiri və beləcə 4 qat əmələ gələcək 2 pendirli, 2 ciyərli qat. üzərini də plyenka ilə örtüb, 1 gecə soyuducuda saxlayırıq.
Nuş olsun!
Tarix: 29.11.2014 / 14:01 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Dünya mətbəxi