Tərkibi:
5 ədəd balqabaq
Yarım su stəkanı zeytun yağı
1 şorba qaşığı dolmalıq fıstıq
2 orta boy soğan
1 ədəd bibər
1 su stəkanı düyü
2 ədəd pomidor
1 şorba qaşığı tamat
1 çay qaşığı qara bibər
1 çay qaşığı quru nanə
Duz
Limon suyu
Hazırlanması:
Balqabağın qabıqlarını soyub , yuyun. Sonra balqabağa ortadan ikiyə bölün və içini ovun.
Soğan və bibəri incə incə doğrayın. Pomidorları rəndələyin. Düyünü təmizləyib yuyun.
Bir tavada zeytun yağında fıstığı yüngülcə qovurun .
Üzərinə incə incə qovurduğunuz soğanları və bibəri əlavə edin. azca isdidə yüngül qovurduqdan sonra düyünü əlavə edib , qovurun .
Rəndələnilmiş pomidor , tomat pastası, duz , qara bibər və nanəni əlavə suyunu qoyub qarışdırın. az isdidə 10 dəqiqə bişirin.
Bişdikdən sonra istəyinizə görə bir və ya yarım limonun suyunu əlavə edib qarışdırın.
Xərci , oyulmuş baqabaqa əzmədənn doldurun və qazana düzün.
Sonra , dolmaların üzərinə çıxacaq qədər qazana su qoyun və az isdidə bişirin.
Tarix: 29.11.2014 / 14:10 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Dünya mətbəxi