MATERİAL SİYAHISI:
2 dana paçası
1 soğan
Dəfnə yarpağı
Dənə istiot
Su
Duz
Sirkə
Sarımsaq
İÇİ:
Qazanda su qaynadırıq və dana paçaları atırıq. İlk qaynayıb köpüyü çıxanda köpüyünü üzərindən alırıq. Bir daşım bişirdikdə suyunu tökürük və yuyuruq. Təkrar qazana alırıq. Suyunu qoyuruq. İçinə soğanı doğrayıb atırıq.
Dəfnə yarpağı, dənə istiot və duz atırıq. Düdüklü qazanda 1- 1,5 saat qədər ağır-ağır bişiririk. Paçalar pörtəndə bir boşqaba götürüb soyumağa qoyuruq, suyunu süzürük. Suyunu şorba qazanına tökürük. İçlərindən jele konsistensiyalı ilikləri çıxarırıq və doğrayırıq. Şorba qazanına tökürük. Altını qazırıq, duzunu atırıq və 5 dəqiqə qaynadırıq. Şorba kasasına qoyuruq. Sarımsağı əzirik və sirkəylə qarışdırırıq. İstəyə görə şorbaya tökərək servis edirik.
Tarix: 24.01.2015 / 12:05 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Şorbalar ve Helimler