İçindəkilər:
2 stəkan buğda
5 xörək qaşığı noxud
2 xörək qaşığı qalın bulqur
500-750 qr quşbaşı quzu əti
14 stekan su
2 çay qaşığı duz
Üzəri üçün:
50 qr kərə yağı
4 çay qaşığı qırmızı pul bibər
6-8 nəfərlik bişmə müddəti 15-20 dəqiqə
Hazırlanması:
Buğda və noxudu bir gecə öncədən ayrı-ayrı qablarda bol soyuq suyla islağa qoyun. Ertəsi gün hər ikisini yuyub süzün və böyük bir qazana qoyun.
Bulquru da yuyub üzərinə əlavə edin. Ətləri də bir əl sudan keçirdikdən sonra qazana tökün. 14 stəkan suyu da əlavə edib orta dərəcəli yanan ocaqda bişirməyə başlayın. Sıx-sıx qarışdıraraq üzərində əmələ gələn köpüyü alın. Qaynamağa başlayınca ocağın altını zəiflədin və ən azı 1-1,5 saat bişirin.
İçindəkilər yumşalandan sonra ocaqdan alın. İstər robot, istərsəniz də əl blenderindən keçirib püre halına gətirin.
Kiçik bir tava götürün, kərə yağını içinə qoyun və orta dərəcəli yanan ocaqda kərə yağını əridin. Ərimiş kərə yağının içinə pul bibəri atıb 1 dəqiqə qızardın və sonra bu sousu şorbanın üzərinə əlavə edin. Şorbanız servis edilməyə hazırdır.
Tarix: 18.12.2012 / 14:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 263 Bölmə: Şorbalar ve Helimler