Ləvazimatlar
Toyuq filesi – 250 q
Yumru düyü – 60 q
Kərə yağı – 150 1
Baş soğan – 1 ədəd
Kök – 2 ədəd
Kartof – 2 ədəd
Bolqar bibəri – 1 ədəd
Alça – 3-4 ədəd
Göyərti (keşniş, şüyüd, göy soğan, nanə) hərəsindən ½ dəstə
Qaynar su
Toyuq bulyonu – 1 ədəd
Xama
Duz, istiot
Hazırlanma qaydası
1.Baş soğan, göyərti xırda, kartof, toyuq filesi, bibər kubvarı doğranılır, kök sürtgəcdən keçirilir.
2.Qazana kərə yağı əlavə edilir və əvvəlcə soğan qovrulur, daha sonra kök, bibər, toyuq filesi əlavə olunub yenidən qovrulur.
3.Qovrulmuş ərzaqların üzərinə qaynar su, bulyon , duz və istiot əlavə edilir.
4.Qaynayan bulyona düyü, kartof və axırda göyərti əlavə edilib bişirilir.
5.Şorbanın hazır olmasına yaxın alça əlavə olunur.
6.Şorba süfrəyə verilərkən üzərinə xama qoyulur.
Tarix: 18.12.2012 / 14:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 247 Bölmə: Şorbalar ve Helimler