Tərkibi:
1,5 kq yetişmiş pomidor
2 ədəd baş soğan
6 diş sarımsaq
30 q kərə yağı
Pomidorlu tomat soku 800 qram
Təzə reyhan 600 qram
1 çay qaşığı kəklikotu
1 litr toyuq bulyonu (və ya su)
1 xörək qaşığı təzə əzilmiş qara bibər
Zeytun yağı
Hazırlanması:
1. Pomidorları yarı bölün, duzlayın, istiotlayın və zeytun yağı ilə yağlayın.
2. Sobanı 200 dərəcəyə qədər qızdırın, 45 dəqiqə pomidorları orada bişirin.
3. Doğranmış soğanı, sarımsağı zeytun yağında 10 dəqiqə qovurun. Sonra tomat şokunu, reyhanı, kəklikotunu, toyuq bulyonu əlavə edin. Daha sonra sobada bişmiş pomidorları 40 dəqiqə bu sousda qaynadın.
4. Bişdikdən sonra bu qarışımı blenderdə çalın və lazımdırsa duz, istiot vurun.
5. Bu supu soyuq və isti şəkildə süfrəyə vermək olar.
Nuş olsun!
Tarix: 29.11.2014 / 12:52 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Şorbalar ve Helimler