Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zərif toyuq şorbası

[c]Tərkibi:

500 q toyuq filesi
400 q əridilmiş pendir
150 q düyü
400 q kartof
150 q yerkökü
150 q baş soğan
duz
istiot
göyərti
[/c

Toyuq filesini yuyub-təmizləyib, üzərinə 3 l su tökün, duz, istiot vurub hazır olanadək bişirin (qaynara düşəndən sonra təxminən 20 dəqiqə). Sonra qazandan çıxarın. Bulyona düyü töküb 10 dəqiqə bişirin.
Soğanı xırda doğrayın. Yerkökünü sürtgəcin xırda gözündən keçirin. Kartofu təmizləyib yuyun, kubik doğrayın. Əti də xırdalayın. Kartofu bulyona əlavə edin. Sonra soğanı və kökü əlavə edib 5-7 dəqiqə qaynadın. Əti də əlavə edib kartof tam bişənə qədər qaynadın. Pendir əlavə edib qarışdırın, ocaqdan götürün.
Süfrəyə verərkən üstünə doğranmış göyərti səpin.


Tarix: 19.12.2012 / 22:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Şorbalar ve Helimler
loading...