Tərkibi:
Karamelizə edilmiş fındıq
350 q fındıq (iri doğranmış)
10 x.q. şəkər tozu
Alt qat üçün:
2 yumurtanın sarısı
100 q yağ
3 x.q. un
8 dolu x.q. karamelizə edilmiş fındıq
Orta qat üçün:
4 yumurtanın ağı
8 dolu x.q. karamelizə edilmiş fındıq
İçi üçün:
3 x.q. (30 q) jelatin
1 l süd
1 budaq vanil
15 x.q. şəkər tozu
500 q 33%-li çalınmış qaymaq
3 x.q. şəkər pudrası
Hazırlanması:
Əvvəlcə karamelizə edilmiş fındıq hazırlamaq lazımdır. Şəkər tozunu tavaya qoyub vam odda karamel halına düşənədək əridin, fındığı əlavə edib dərhal qarışdırın, perqamentin üzərinə bir lay döşəyin. Soyuduqdan sonra xırdalayın.
İçin hazırlanması:
Jelatini 6 x.q. suda isladın.
Vanil budağını ortadan bölüb toxumlarını çıxarın. Toxumları qabıqları və şəkər tozu ilə birlikdə südə əlavə edib ocağın üstünə qoyun. Qaynara düşəndə ocaqdan götürüb azca soyudun. Jelatini qızdırıb südə əlavə edin. Qarışdırın, qapağını örtüb otaq temperaturunadək soyudun. Sonra isə soyuducuya qoyun. Soyuyandan sonra pudinq qatılığında olmalıdır.
İç soyuduğu müddətdə korjları hazırlayın.
Alt qatın hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. 22 sm-lik formanın içinə perqament döşəyin.
Yumurta sarılarını kərə yağı ilə çalın, unu və karamelizə edilmiş fındığı əlavə edin. Xəmiri hazırladığınız formaya tökün, sobada 10-12 dəqiqə bişirin.
Orta qatın hazırlanması:
sobanın dərəcəsini 120-yə salın. 22 sm-lik iki formanın içinə perqament döşəyin. Yumurta ağlarını möhkəm çalın. Karamelizə edilmiş fındığı bir neçə dəfəyə əlavə edin. Alınan qarışığı iki yerə bölüb formalara tökün. Sobada 30 dəqiqə bişirin. Azca soyudandan sonra formadan çıxarın, kağızı soyun. Uzun müddət formada saxlasanız, karamel əriyəcək, korja da islanacaq.
Soyuducudakı sufle lazım olan konsistensiyaya (pudinq) çatanda çıxarıb mikserlə çalın. Ayrıca qabda qaymağı şəkər pudrası ilə çalın, sonra səliqə ilə sufle ilə qarışdırın.
Tortu yığmaq üçün 24 sm diametrli forma lazımdır. Onun dibinə və kənarlarına perqament döşəyin.
Formanın içinə öncə alt qatı qoyun, üzərinə için 1/3-ni döşəyin. Sonra orta qatlardan birini qoyun, yenə için 1/3-ni döşəyin. Yenə yumurta ağlı korju qoyub için qalanını döşəyin. Tortu soyuducuda və ya dondurucuda bir neçə saat (hətta bir neçə gün) saxlayın (dondurucuda saxlasanız, süfrəyə verməzdən 7-8 saat öncə soyuducuya qoyun ki, donu açılsın). Üzərini şokolad və ya fındıqla bəzəyə bilərsiniz.
Nuş olsun!
Tarix: 23.11.2014 / 21:12 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Şirniyyatlar