Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toyuqlu kərəviz salatı
Toyuqlu kərəviz salatı

MATERİAL SİYAHISI:

1 toyuq sinəsi
2 kərəviz
3 yerkökü
1 kasa qatıq
2 xörək qaşığı mayonez
1 portağal
Zeytun yağı
Duz

İÇİ:

Toyuq döşünü qaynadırıq. Kökləri soyuruq və ayrı bir qazanda qaynadırıq. Kərəviz soyuruq və rəndənin incə yerindən rəndələyirik. Pörtmüş kökləri və toyuq sinəsini xırda kub şəklində doğrayırıq. Böyük bir kasaya qatıq mayonezi qoyub qarışdırırıq. İçinə kərəvizi, toyuğu və yerkökü qoyuruq. Kərəviz yarpaqlarını doğrayıb əlavə edirik. Zeytun yağı tökürük. Duzunu da atırıq və qarışdırırıq. Boşqaba tökürük. Portağalı doğrayırıq və salatının üzərinə düzərək xidmət edirik.


Tarix: 13.04.2015 / 21:24 Müəllif: Nurana Baxılıb: 73 Bölmə: Salat tarifleri
loading...