"Portağal dilimi" salatı
İstifadə olunan məmulatlar:
• 250 qr toyuğun sinə əti,
• 1 ədəd soğan,
• 1 ədəd kök,
• 200 qr marine edilmiş şampinyon göbələk,
• 200 qr qaynadilib süzülmüş düyü,
• 4 ədəd bərk bişirilmiş yumurta,
• 100 qr yumuşaq pendir,
• 250 qr mayonez,
• 2 diş sarımsaq,
• duz zövqə görə.
Hazırlanması
Kökü nazik dilimlərlə doğrayın və cox xırda doğranmıç soğanla elə qarışdirin ki, kökün rəngi mümkün qədər qabariq olsun.
Toyuq ətini, göbələyi xırda – xirda doğrayın, sarımsağı sürtgəcdən keçirib pendir ilə qarışdırın.
İçərisi düz olan boşqaba salatı laylarla portağal dilimi şəklində (şəkildəki kimi) düzün və hər layın arasını mayonezləyin:
- soğan ilə qarışdırılmış kök,düyü ,
- toyuq əti,
- düyü
- göbələk,
- sarımsaq ilə qarışdırılmış pendir,
- sürtgəcdən keçırilmiş yumurta sarısi.
Sonda bütün layları bütövlükdə mayonezləyin.
Ən üst qatda portağal dilimi şəklində nişanlar qurub şəkildəki kimi sürtgəcdən keçirilmişkök və yumurta ağı ilə bəzəyin.
Tarix: 29.11.2014 / 13:16 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Salat tarifleri