Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maddələr mübadiləsini yavaşladan xəstəliklər hansılardır?

Bazal metabolik sürətin yavaşlaması nəticəsində müxtəlif sağlamlıq problemləri ortaya çıxa bilər.
Verilən məlumata görə hipofiz vəzinin az işləməsi nəticəsində ortaya çıxan "hipotiroid" metabolizmə mənfi təsir göstərir.
Həmçinin uşaqlarda və böyüklərdə qeyri-kafi qidalanma və ya düzgün olmayan qidalanma vərdişləri də maddələr mübadiləsinin sürətinə təsir edir.
Maddələr mübadiləsinin düşməsinə müxtəlif pəhrizlərin səhv tətbiqi nəticəsində ortaya çıxan ciddi əzələ itkiləri, hərəkətsizlik və ya yatağa bağlı yaşamağı tələb edən xəstəliklər aid edilir. Metabolizmi yavaşladan xəstəliklərə qarşı önləm aldıqda ilk növbədə konkret olaraq problem bilinməli və ona uyğun müalicə aparılmalıdır.
Bu vəziyyətdə fərdin içində olduğu sağlamlıq şərtləri də nəzərə alınmalıdır. Bundan əlavə ehtiyaclar müəyyənləşdirildikdən sonra günlük qidalanma proqramı tərtib oluna bilər. Əgər dərman müalicəsini tələb edən bir vəziyyət varsa, ləngidilməməlidir.
Adı çəkilən xəstəliklərdən başqa xolesterin problemi də ortaya çıxa bilər. Hərəkətsizlik və depressiya yönlü xəstəliklər maddələr mübadiləsini yavaşladan xəstəliklərə aid edilir. Hərəkətsizlik səbəbi ilə meydana gələn əzələ itkisi nəticəsində hərəkət etmə, getmə, idman etmə istəyində azalma və yorğunluq ola bilər.
Həmçinin əldən düşmüşlük, bezmə kimi vəziyyətlər ortaya çıxa bilər.


Tarix: 08.01.2015 / 12:46 Müəllif: Aziza Baxılıb: 12 Bölmə: Saglamliq
loading...