Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artıq çəki ilə sağlam olmaq mümkündürmü?

Artıq çəkidən azad olmaq üçün müxtəlif pəhrizlər saxlanılır və ya çox ağır məşq proqramları tətbiq olunur. Amma qan damarlarınız sağlamdırsa, orqanlarınızda piylənma yoxdursa, artıq çəkiniz olsa belə pəhriz saxlamadan da sağlam olmaq və sağlam yaşamaq mümkündür. Məlumata görə artıq çəkili olmaq heç də pis bir şey deyil. Hətta bəzi xəstəliklərdən insanı qoruyur.
Məlumatda oda bildirilir ki, metabolik ya da funksional olaraq yaranan problemlərin aradan qaldırılması mümkündür.
Həm də artıq çəki vermədən. Metabolik və funksional vəziyyətin ölçüsünün bir neçə testlə aparıldığı da qeyd edilir.
Ürək damar funksiyasını, əzələ güc qüvvət vəziyyətini, ağciyər funksiyasını ölçən testlərin olduğu da bildirilir.
Bəzi insanlar var ki, artıq çəkili olduqlarından bu problem onları daima narahat edir.
Lakin onlar bilməlidir ki, fitneslə bərabər digər məşğuliyyətlər var ki, onlar günlük olaraq bu işlərlə məşğul olaraq normal kiloya sahib insanlarla bərabər eyni sağlamlığa malik ola bilərlər. Çox daha az xəstəliyə tutula bilər, daha uzun yaşaya bilərlər. Artıq çəki problemləriniz digər bir tərəfdən sizlərə çox faydalı hesab olunur.
Belə ki, çox kilolu olmaq sizi ürək böhranı keçirməkdən qoruyar və uzun yaşamağınıza səbəb olar. İflic keçirənlərdə isə beyin daha az ziyan görür.
Bədəndə olan piy qatı insanı zədələrdən, qırıqlardan qoruyur. Xəstə olduğunuzda belə yağlardan aldığınız enerji isə sizi daha tez yaxşılaşdırar.


Tarix: 08.01.2015 / 13:20 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Saglamliq
loading...