Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soyuqdəyəməyə qarşı vasitələ

Hər birimizin həyatında soyuqdəymə məfhumu tam fərqli başa düşülmür. Soyuqlar düşdükcə öz sağlamlığımıza fikir verməsək soyuqdəyməyə hər birimiz tutula bilərik. Bunun üçün xəstəliyə tutulduğumuz andan soyuqdəyməyə qarşı verilən məsləhətlərə fikir verməklə müayinə və müalicə məsələlərini yubatmamalıyıq.
Ancaq bilmək lazımdır ki, bəzi köhnə reseptlər var ki, onlar bu prosesə lazimi effekt vermir. Ona görə də hansının effektli və ya effektsiz olduğunu anlamaq lazım gəlir. Bəzi mütəxəsislər kivinin A və C vitamini deposu olduğunu və xüsusilə qış xəstəliklərindən qoruduğunu açıqlayıb.
Orqanizmin müqavimətini artırmağa və soyuqdəyməyə kömək edən A və C vitaminləri immunitet sistemini gücləndirirməyə də təsir edir.
Mütəxəsislər A və C vitaminləri ilə, kalsium, dəmir və maqnezium baxımından çox zəngin olan kivinin soyuqdəymə, qripə, xolestrol, təzyiq kimi xəstəliklərə yaxşı təsir etdiyini bildirir. Onlar yüksək keyfiyyətli qida olan kivinin bir ədədinin günlük A və C vitamini ehtiyacını qarşıladığını söyləyiblər. Lif baxımından zəngin olan bu qidanın bağırsaqların fəaliyyətini gücləndirərək həzm sistemini asanlaşdırdığı və qəbzliyin qarşısını aldığı bildirilib. Ümumi olaraq qeyd etmək lazımdır ki, insanlarda baş verən soyuqdəymə prosesi o qədər də yolxucu hesab olunmur. Lakin faktiki olaraq tənəffüs xəstəlikləri yolu ilə bakteriya və ya viruslara səbəb olmaqla ciddi problem yarana bilər.
Bu zaman profilaktik tədbirlərə baxmayaraq siz özünüzdə xəstəliyin ilkin əlamətlərini hiss etmisinizsə, vaxt itirmədən aşağıda sadaladığımız tədbirlərə başlayın:
- Dərhal isti vanna və ya isti duş qəbul edib yatağa uzanın və yorğana bürünün.
- İsti maye qəbul edin. Ən yaxşı variant - isti çay moruqla və balla. Moruğu "təbii aspirin" adlandırırlar. Məsələ burasındadır ki, moruqda aspirin preparatınının tərkibinə daxil olan salisil turşusu var. Moruq immun sistemini stimullaşdırır, mikroblarla mübarizə aparır, qızdırmanı aşağı salır.
- Zəncəfil və bal qatılmış çay da yaxşı təsir edir.
Bu zaman sizin vəziyyətininz yaxşılaşmırsa və ya daha ağırlaşırsa, mütləq həkimə müraciət edin.


Tarix: 08.01.2015 / 13:32 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Saglamliq
loading...