Bildiyimiz kimi toksinlər fizioloji funksiyaları süstləşdirən, insan və heyvanların xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki, yaxud heyvan mənşəli zəhərli maddələr hesab olunur. Qaraciyər, bağırsaqlar, böyrək, ağciyər və dəri başda olmaq üzrə bir çox orqanlar, toksinlərin kənarlaşdırılması prosesində iştirak edir.
Qaraciyəri qorumaq üçün əvvəlcə doymuş yağlı qidalardan, rəfinə şəkərindən və spirtdən uzaq durmaq məsləhət görülür.
Toksinləri bədəndən atmaq üçün lazimi qaydalarla yanaşı aşağıdakı qidalardan yararlanmaq olar:
1. çuğundur, kök, tərə və yaşıl yarpaqlı tərəvəzlər, sarımsaq və soğan;
2. alma, limon, avokado meyvələri;
3. somon balığı, ton balığı;
4. zərdəçal, qırmızı turp, qoz;
5. yaşılçay;
6. ağ və qırmızı kələm, brüssel kələmi, gül kələmi;
7. şalğam;
Təbiətin bəxş etdiyi tərəvəz və meyvələrdə bol miqdarda vitamin və minerallar, polifenollar, flavanoidlər, antioksidant olduğundan toksinlər bədəndən tez xaric olur.
Tarix: 08.01.2015 / 13:13 Müəllif: Aziza Baxılıb: 12 Bölmə: Saglamliq