Bilinən bəzi qidalanma məhsulları var ki, bədənimizi istənilən səviyyədə əzələ gücləndirilməsi ilə təmin etmir.
Zülal və karbohidratlı qidaların qəbulunun isə zəyifləyən əzələlərə kömək etdiyi bildirilir.
Tərkibində bu cür qida elementləri olan qidalardan az istifadə olunarsa, əzələ itkisi problemlərinin olacağı qeyd olunur.
Xüsusilə gündəlik karbohidrat ehtiyacı qarşılanmayan bədən daha çox əzələ itkilərinə yönələ bilər.
Bu baxımdan tərkibində zülal olan qidalardan, xüsusi ilə ən keyfiyyətli qida olan yumurtadan hər səhər istifadə edilməsi vacib hesab olunur.
İdmanla məşğul olursunuzsa məşqin əvvəlində quru meyvə kimi karbohidratlardan, məşq sonrası isə pendir və çörək kimi zülal və karbonhidratlardan istifadənin əzələ zəifliyi probleminin həllinə kömək edəcəyi bildirilir.
Sümük və əzələlərin daha möhkəm olması üçün C və E vitamini ilə yanaşı, tərkibində beta karotin olan qidalardanda istifadə uyğun görülür.
Tarix: 08.01.2015 / 13:18 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Saglamliq