Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Növbəli iş diabet və piylənmə riskini artırır

Növbəli işdə çalışan insanlarda diabet və piylənmə riski artır. ABŞ-da aparılan araşdırmalara əsasən məlum olub ki, bu riskin yaranması növbə ilə işləyən insanların günün uyğun olmayan vaxtında çox az yatmaları ilə əlaqədardır. Tədqiqatçılar yemək və yatmaq vaxtı da daxil olmaqla 21 insanın həyatında tədqiqat aparıblar. Onlardan bəzilərində bir neçə hətədə hətta şəkərli diabetin ilk simptomları meydana gəlib. Elmi jurnalda çap olunan nəticələrə əsasən normal rejimə keçən zaman bədən şəkərin səviyyəsini tənzimləmək üçün mübarizə aparır.

Nəticədən aydın olub ki, kifayət qədər yatmaq sağlamlıq üçün çox vacibdir və ən yaxşı effekt əldə etmək üçün bu yuxu gecə olmalıdır. Tədqiqatçılar aparılan araşdırmaların nəticələrinə uyğun olaraq insanlarda növbəli işin təsirini azaltmaq üçün tədbirlərin görülməsi təklifini irəli sürürlər.

Baş tədqiqatçı həkim Bakston bildirib ki, bu tədqiqatın nəticələri diabet qabağı vəziyyətdə olan və gecə oyaq qalan insanlarda gündüz vaxtı işləyənlərə nisbətən diabetin inkişafına daha çox rast gəlinir. Tədqiqatçılar növbəli işin eyni zamanda insanlarda çəkinin artmasına səbəb olduğunu bildirirlər. Onlar qeyd edirlər ki, üzərində tədqiqat aparılan insanlarda 1 il ərzində çəkilərinin artması müşahidə olunub.


Tarix: 08.01.2015 / 13:47 Müəllif: Aziza Baxılıb: 17 Bölmə: Saglamliq
loading...