Su, hamiləlik zamanı ürək bulantılarını azaldır. Zehni və bədən funksiyalarını inteqrasiya edir, hədəfləri təyin etmə qabiliyyətini artırır.
Suyun min faydası haqda çoxlu məlumatlar tapıb, sizlərin müzakirəsinə təqdim etmək olar. Lakin bəzi məlumatları mütaliə etmək üçün insanların kifayət qədər məlumatları olmaya bilər. Bu baxımdan aşağıdakı məsləhətlər oxucuların həm vaxtdan səmərəli istifadəsinə həmdə maariflənmsinə köməkçi olacaq.
• Su qocalıqda yaddaş itkisinin önlənməsinə köməkçi olur;
• Alzheimer, multipl skleroz, Parkinson və Lou Gehring xəstəliklərinin olma riskini azaldır;
• Kofein, spirt və bəzi dərmanlardan asılılığın aradan qaldırılmasına yardımçı olur;
• Bədəndə infeksiya və xərçəng hüceyrələrinin inkişaf etdiyi bölgələrdə immunitet sistemini gücləndirmək üçün çox lazımlıdır;
• Qanı durulaşdırır və qan dövranı prosesində laxtalanmanın qarşısını alır;
• Qadınlarda isə əvvəl ağrını və atəşin olmasını yüngülləşdirir;
• Ürək döyüntüləri ilə birlikdə qanı duruldur, dalğalandırır və qan dövranında qatı maddələrin dibə çökməsinə mane olur;
• Gün boyunca nizamlı olaraq su içmək lazımdır. Su stress, gərginlik və depressiyanın yüngülləşməsinə də köməkçi olur;
• Su yuxunu tənzimləyir. Yorğunluğun aradan qaldırılmasına köməkçi olur və bizə gəncliyin enerjisini verir;
• Dərini yumşaldır və yaşlanmanın simptomlarının azalmasına kömək edir. Gözlərə canlılıq və parlaqlıq verərək, qlaukomadan qorunmamıza kömək edir;
• Sümük iliyində qanın istehsal sistemlərini nizamlayır, qan xərçəngi və limfomaların meydana gəlməsinin önlənməsinə köməkçi olar. Uşaqlarda və yetkinlərdə diqqətsizlik problemlərinin həllində kömək göstərir. Səmərəli iş əmsalını artırır və diqqəti gücləndirir;
• Su dünyadakı digər bütün içkilərdən daha asan tapıla bilər və heç bir yan təsiri yoxdur. Düşünmə başda olmaq üzrə, bütün beyin funksiyaları üçün bizə güc və elektrik enerjisi verir;
• Serotonin və digər sinir siqnallarının artması üçün imtina edilməzdir;
• Melatonin də daxil olmaq üzrə, beyində çıxarılan bütün hormonların istehsalı üçün lazımlıdır;
• Bağırsaqları ən yaxşı səviyyədə işlədən yağlayıcı maddədir, qəbizliyi önləyir;
• Ürək xəstəliyi (infarkt) və iflicə qarşı qoruyucudur. Ürək və beyin damarlarında laxtalanmanın qarşısını alır;
• Bədənin soyutma (tərləmə) və isitmə (elektrik) sistemləri üçün əvəzolunmazdır. Bədənin müxtəlif bölgələrindən zəhərli tullantıları toplayır və onların xaric olunmaları üçün qara ciyərə və böyrəklərə daşıyır;
• Oynaq boşluqlarındakı təməl yağlayıcı maddədir, artrit və bel ağrılarının əmələ gəlməsinin qarşısını almaqda kömək edir. Onurğadakı diskləri zərbə uducu su yastıqlarına çevirir;
• Su qidalara enerji verir və parçalanan qidalar həzm əsnasında bu enerjini bədənə köçürür. Susuz yeyilən yeməyin bədən üçün heç bir enerji dəyəri yoxdur. Su, qidalardakı lazımi maddələrin sorulmasını sürətləndirir. Bütün elementlərin bədənə daşınmasına köməkçi olur; Ağciyərlərdə oksigen yığan qırmızı qan hüceyrələrinin iş səmərəsini artırır. Hüceyrəyə çatan su, o hüceyrəyə oksigen verir və tullantı qazların bədəndən kənarlaşdırılması üçün onları ağciyərə daşıyır;
• DNT ziyanı önləyən və bərpa olunma mexanizminin daha yaxşı fəaliyyətini də təmin edir, beləcə çıxarılan anormal DNT sayı azalır;
• İmmunitet sisteminin mərkəzi olan sümük iliyini, xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərin qarşısını almağa kömək edir;
• Bütün qidaları, vitamin və mineralları parçalayan əsas vasitədir. Bədəndə qidaları kiçik hissələrə ayırır, həzm və son metabolik mərhələlərində vəzifə yerinə yetirir. Susuzluq əvvəlcə bədənin funksiyalarını öz təsiri altına alır, sonra isə öldürməyə başlayır. Su ən vacib enerji qaynağıdır, bədənin "nağd pul axınıdır";
• Su bədənin hər hüceyrəsində elektrik və maqnit enerjisi istehsal edir, bizə güc verir. Su hüceyrələrin daxilindəki maddələri bir-birinə bağlayan bir yapışdırıcıdır. Susuz qalmaq cinsiyyət hormonunun istehsalına mane olur, bu iqtidarsızlığın və cinsi istək itkisinin başlıca səbəblərindən biridir;
• Su içdiyiniz zaman susuzluq və aclıq duyğularını ayırd edə bilərsiniz;
• Artıq çəkidən azad olmağın ən doğru yolu su içməkdir. Rejimli şəkildə su için və pəhriz saxlamadan artıq çəkidən azad olun. Acdığınız zaman həddindən artıq yeməməli, amma susadığınızda suyunuzu doyunca içməlisiniz;
• Dehidrasion toxuma boşluqları, oynaqlar, böyrəklər, qaraciyər, beyin və dəridə zəhərli çöküntülərin yığılmasına gətirib çıxarır. Su isə bunları təmizləyər.
Tarix: 08.01.2015 / 13:36 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Saglamliq