Su çiçəyi xəstəliyi ölümlə nəticələnə bilən son dərəcə yoluxucu bir xəstəlik növüdür. ABŞ tədqiqatçılarının araşdırmaları göstərmişdir ki, hər il 11 000 insan su çiçəyi xəstəliyinə yoluxur və 100 insan bu xəstəlikdən həyatını itirir. Əsasən uşaq yaşlarında yoluxan bu xəstəlik zamanı uşaqlar özünü xəstə hiss etməz lakin bu xəstəliyin nəticələri iki-üç həftə sonra özünü göstərməyə başlayır.
Xəstəliyin əlamətləri.
• Balaca, qırmızı və ortasında su olan balaca ləkələr ilk öncə qarın və kürək nahiyəsində daha sonra isə bütün bədəndə görsənməyə başlayır. Səpkilərin içərisində olan maye bulanıq, ağ rəngdə olur.
• Dözülməz qaşınma müşahidə edilir lakin uşaqları bu səpkiləri qaşımaqdan çəkindirin əgər səpkilər qaşınıb qoparılsa onu yerlərində çapıqlar qalacaq,
• Bədəndə yüksək hərarət,
• İştahsızlıq və baş ağrısı,
Su çiçəyindən qorunmanın ən əlverişli üsulu çiçək peyvəndi olmaqdır. Mütəxəsislər uşaqlarınızı vaxtinda peyvənd etdirməyi məsləhət görür.
Müalicəsi:
Bədəndə olan qırmızı sulu ləkələri yaşıl briliant abısı ilə rəngləmək, dərini səthini təmiz saxlamaq, ikincili infeksiyalaşmanın qarşısını almaq lazımdır. Vitaminlər qəbul etmək.
Tarix: 08.01.2015 / 15:44 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Saglamliq