Günümüzdə dəri sağlamlığına böyük diqqət göstərənlər az deyil. Xüsusi ilə nəm səviyyəsinin aşağı olduğu və qapalı mühitlərə fikir verən insanlar sağlamlıqlarını daha yaxşı qorumuş olurlar.
Dəri sağlamlığında duş almaq prosedurları əhəmiyyətli sağlamlıq mövzularından biridir.
Duş alarkən diqqət yetirilməsi lazım olan su istiliyi və duşda keçirilən müddətdir. Çox isti su dəridə tarazlığı pozaraq, bədəndəki təbii yağın yox olmasına səbəb olur. Uzun müddət suyun altında qalmaq isə dəri sağlamlığına mənfi təsir göstərə bilər. Bu baxımdan çox duşda olmamaq və duşdan sonra istəyə uyğun bitki mənşəli nəmləndiricilərdən istifadə etmək lazımdır. Dəri sağlamlığı üçün çirkli və ya küləkli yerlərdə olmamaq məsləhətdir.
Onuda qeyd etmək lazımdır ki, günəş şüaları, xüsusilə bədəndə saxlanılan D vitamininin sintezləşməsində və sümüklərin inkişafında əhəmiyyətli rol oynayır.
Tarix: 08.01.2015 / 11:04 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Saglamliq