Azərbaycan Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev açıqlamasında çoxlarının sevimli qidası olan çipsin insan orqanizminə təsiri haqda bunları deyib: "Çipsin həddindən artıq çox qəbulu həzm sisteminin fəaliyyətini pozulmasına, artıq çəkiyə, xolesterinin miqdarının artmasına, damarların tıxanmasına və sairəyə səbəb ola bilər".
Mütəxəssis kartof çipslərinin həddindən artıq qəbulunun hətta infarkt və diabetə də yol aça biləcəyini söyləyib: "Azərbaycanda kartof çipslərini əsasən yeniyetmələr və gənclər yeyir".
İ.Abdullayev bildirib ki, Bakıda kartof çipsləri Nizami rayonu və Abşeron rayonunda istehsal olunur. Onlar Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş normalar əsasında istehsal edilir: "Bu normalara əməl olunmaması müxtəlif xəstəliklərə yol aça bilər".
Tarix: 08.01.2015 / 13:57 Müəllif: Aziza Baxılıb: 17 Bölmə: Saglamliq