Rusiya mətbuatında yayımlanan sağlamlıq xəbərlərinin birində bildirilir ki, bakteriyalar nazik bağırsaqlarda xolesterin mübadiləsində mühüm rol oynayır.
Buna görə də qan damarlarının sağlamlığı bağırsaq mikroflorasından asılıdır.
Məlumatda oda bildirilir ki, Gothenburg Universitetinin alimləri tərəfindən bu nəticə qəbul edilmişdir.
Bu kəşfin ürək xəstəliyi üçün yeni dərmanların alınması vacib olduğu da məlumatda öz əksini tapıb.
Xəbərdə bildirilir ki, qaraciyərdə olan xolesterin öd turşularına çevrilir. Bu turşular isə bağırsaqlardan çıxarılır, sonra isə orqanizimdən qaraciyərə qaytarılır.
Bu istiqamətdə son zamanlar tədqiqatların aparıldığını və bağırsaq bakteriyalarının sintez olunmuş turşuların səviyyəsini qaraciyərdə aşağı saldığı bildirilir.
Bunun nazik bağırsaqda FXR zülalının qarşılıqlı fəaliyyəti nəticəsində istehsal olunduğu bildirilir.
Həmçinin qeyd olunmuşdur ki, bu reseptor nəinki, xolesterinin mübadiləsinə təsir göstərir o, həm də şəkər və piyin maddələr mübadiləsinə təsir edir.
Tarix: 08.01.2015 / 13:17 Müəllif: Aziza Baxılıb: 13 Bölmə: Saglamliq