Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dezodorant və antiperspirantlar xərçəng yaradır?

Son tədqiqatlar zamanı antiperspirant və dezodorantların qadın sağlamlığı üçün ziyan olduğu qənaətinə gəlinib. Bu barədə Rosbalt yazıb. Mütəxəssislər əmindirlər ki, şəxsi gigiyena üçün istifadə olunan bu vasitə süd vəzisində xərçəngin yaranma riskini artırır.

Alimlər deyirlər ki, tər vasitəsilə orqanizm toksinlərdən azad olunur. Dezodorantlar və antiperspirantlarda olan alüminium isə toksinlərin xaricə çıxmasının qarşısını alır. Bu isə xərçəng hüceyrələrinin artımı ilə nəticələnir.

Tədqiqata görə, alimlər xərçəngə tutulan qadınlarda dərinin yuxarı təbəqəsində və orqanizmin daxilində yüksək səviyyədə alüminium aşkar ediblər.

Ekspertlər qeyd edirlər ki, hələlik, heç bir tədqiqat alüminiumun süd vəzi xərçəngi ilə birbaşa əlaqəli olduğunu göstərməyib.


Tarix: 08.01.2015 / 13:53 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Saglamliq
loading...