Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payız fəslini sağlam başa vurun

Payız bir çoxları üçün, xüsusilə də xanımlar üçün ən problemli fəsildir.

"Daily Beast" - in professional məşqçi qrupu payızı artıq çəki almadan və xəstələnmədən başa vurmaq üçün bəzi yollar təklif edir.

Yarpaqlar solanda...

Havalar soyumağa başlayır, yarpaqlar solursa, idman etdiyiniz günlərin sayını artırın. Məsələn, həftədə üç-beş dəfə idman zalına baş çəkin.
Bədəniniz endorfin tələb edir...

Qısalan günlər və gün işığının azalması yorğunluq, iştaha artımı, depressiya kimi simptomlara yol açır. Aerobika bədəninizin endorfin ehtiyacının təxirini təmin edəcək. Bu həm də depressiyaya qalib gəlməyinizə kömək edəcək.

Suya yaxınlaşın...

Həftədə ən azı, iki dəfə üzgüçülük hovuzuna gedin. Su həm də bədəninizi formada saxlayıb, sakitləşməsinə kömək edəcək.

Sakitləşin...

İnsanların demək olar ki, hər gün axın etdiyi ticarət mərkəzlərində yer tapmaq, tıxaclarda saatlarla gözləmək əsəblərinizi gərginləşdirə bilər. Mənəvi sakitlik gətirəcək sosial proqramlara qoşulun. Rəqs, yoqa, təlim kursları sizi stressdən uzaq tutacaq.


Tarix: 08.01.2015 / 13:56 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Saglamliq
loading...