İnternetdə yayılan məlumata görə aparılan bir sıra araşdırmalar nəticəsində insanların gündəlik yuxu müddətində bir əsrdə dörd saat azalma müşahidə olunub.
Gündə yeddi saatdan az yatmaq, dəridə və daxili orqanlarda yaşlanmağa səbəb olaraq ömrün qısalmasına şərait yaradır.
Gündüz yuxusu və ya günorta yuxusu, insan sağlamlığı üçün vacib amillərdən biri hesab olunur.
Gündüzlər həmişə eyni saatda 15 dəqiqə yatmaq, həm iş məhsuldarlığına müsbət təsir göstərir, həm də gecənin iki saatlıq yuxusuna ekvivalent sayılan istirahətə imkan verir.
Lazımi yuxu almamaq gündəlik həyatda müxtəlif ciddi problemlər yarada bilər. İş həyatı və şəxsi həyatda müxtəlif problemlərin səbəbi hesab olunan yuxusuzluğun sıx rast gəlinən simptomlarına aşağıdakılar da aid edilir:
• Gün içində yorğunluq;
• Gündüzləri yuxulu olma halı;
• Duyğu və hal dəyişiklikləri;
• Diqqət və konsentrasiyasının zəif olması;
• Enerjinin tez tükənməsi;
• Qayğı hissinin azalması;
• İctimai həyatın pisləşməsi;
• Baş ağrıları;
• Edilən səhvlər və diqqətsizliklərin artması.
Tarix: 08.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Saglamliq