Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu arzuya çatmaq çətin deyil

Uzunömürlü olmaq və ya uzun yaşamaqla bağlı bir çox mənbələrdə vacib məsləhətlərlə tanış olur, bu tövsiyyələrin önəmini anlayırıq. Lakin günümüzdə bəzi insanlar var ki, önəmini anladıqlarına baxmayaraq pis vərdişlərdən uzaqlaşa bilmir, artıq çəki ilə mübarizədən qaçır, fəal həyat tərzinə nail ola bilmir, qaçış və idmanla məşğul olmaqda tənbəllik edirlər. Bəzi qrup insanlar da var ki, aydın təfəkkürə malik olmaq əvəzinə lazımsız işlərlərlə məşğul olmağa, yaradıcı fəaliyyətə fikir verməməyə, gülüş və incəsənət sahəsinə biganə qalmağa, orqanizmi xeyirli məhsullarla zənginləşdirmək və gücləndirməyin yerinə siqaret, alkaqol və s. zərərli məhsullardan istifadə etməyə üstünlük verirlər. Bu cür insanlar həqiqətən uzun yaşamaq arzularına çatmaqda günü-gündən öz şanslarını itirirlər. Lakin bir sual günün aktual mövzularından birinə çevrilir. Bu arzuya çatmağın əsas yolu nədən keçir? Cavab isə çox sadədir. Yuxarıda qeyd olunanlara uyğun bir şəkildə əməl etməklə nail olmaq mümkündür. Ən vacib cəhətlərdən birini isə düzgün qidalanmaq təşkil edir. Türkiyəli Mehmet bəyin dediyinə görə uzun həyatın sirrinə bir sıra qidaları da daxil etmək olar. Məlumatda oda qeyd olunur ki, uzun ömürlü olmaq, yalnız yetkin bir yaşa çatmaq deyil, o yaşa çatdıqda insanın özünü necə yaxşı hiss etməsi hər şeyi müəyyən edir. Alış-veriş zənbilini bu qidalarla doldurmaq uzun ömürlü həyatın ən əhəmiyyətli ünsürü olduğu bildirilir. Məlumatda oda qeyd olunur ki, "Manqo və alma" meyvələri, balıq, xurma, şirin kartof, qara kələm, süzmə qatıq uzun həyatın sirrlərinə daxil olan qidalardır. Bir sıra alimlərin fikrincə isə orqanizmə xeyirli məhsullar hesab olunan kələm, kök, ərik, şaftalı, balıq, nar, bir də yaşıl çaydan istifadə edən insanlar sağlam, uzunömürlü həyat tərzi sürülər.
İnternet mənbələrinin birində belə bir məlumat yayılıb ki, müasir dünyamızda suyun, havanın və qidamızın ekoloji tarazsızlığına, əsəblərimizin sim kimi gərilməsinə baxmayaraq, düzgün həyat tərzi seçib vəsait tələb olunmayan, sağlamlığa və uzunömürlüyə xeyri olan işlərlə məşğul olmaqla ömrümüzü sığortalamış oluruq. Müdrik insanların yerinə yetirdikləri ən xeyirli vərdişlər bəzən bir çox insanın sağlam, uzunömürlü həyat sürməyinə işıq olur. Necə ki, el içində deyirlər: "Sağlam bədəndə sağlam ruh olar". Başqa sözlə isə atalarımız deyiblər ki, sağlam bədən sağlam düşüncənin məhsuludur. Məhz bu düşüncə ilə sübut etmək çətin deyil ki, insan aydın təfəkkürə, hərtərəfli biliyə malik olmaqla da uzunömürlü yaşaya bilər və digər insanlar üçün nümunə ola bilər. Bu baxımdan bu cür arzulara çatmaq çətin deyil, yetər ki, istəyin...


Tarix: 08.01.2015 / 13:20 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Saglamliq
loading...