Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqları qış xəstəliklərindən necə qoruyaq

Bağça və məktəb yaşlı uşaqları qış xəstəliklərindən qorumaq üçün maarifləndirmə işləri aparılmalı, düzgün qidalanmaya fikir verilməli, peyvənd vurulmalı və bir sıra tədbirlər görülməlidir.
Qidalanma:
Qış xəstəliklərindən qorunmaq üçün düzgün qidalanmaq vacibdir. Səhv qidalanma uşaqlarda immunitetin zəifləməsinə səbəb olur.
Uzun müddət ac qalanlar da isə müxtəlif qış xəstəlikləri yaranır. Ona görə düzgün qidalanmaq və istəyə uyğun mövsumi tərəvəzlərdən istifadə etmək lazımdır.
Xüsusi qeyd etmək lazımdır ki, qış mövsümündə azyaşlı körpələr də xəstələnir. Bu baxımdan onlara tərkibi rəngləndiricilərdən ibarət olmayan üzvi körpə qidaları verilməlidir.
Maarifləndirmə:
Bura xəstəliklər haqqında məlumatlandırma, əl yuma və tualet vərdişləri, şəxsi gigiyena və s. aiddir.
Qış xəstəlikləri olduqda uşaqları məktəb və baxçaya göndərməməli, müəllimlərə məlumat verilməlidir. Müəllimlər də uşaqlarda olan yolxucu qış xəstəliklərini gördükdə ailəni dərhal məlumatlandırmalıdır. Kiçik uşaqlar arasında yolxucu xəstəliklər haqqında ciddi maarifləndirmə aparılsa daha yaxşı olar. Beləliklə onlar xəstəliklərdən uzaq olar.
Əllərin yuyulması, şəxsi gigiyena və ya tualet vərdişləri haqqında maarifləndirmə apardıqda primitiv görünən fəaliyyətlər yaddan çıxmamalıdır.
Məsələn: uşaqların bəziləri öskürərkən və ya asqırarkən sadə prosedurlara fikir verməzlər. Onlara xəstəliklərdən qorunmaq üçün çoxlu havada olmamağı və ağzı açıq tutmamağı öyrədə bilərsiniz. Bu cür hallarda uşaqlarda salfetlərdən istifadəyə və əlləri yumağa fikir verin. Əllər xüsusi maye sabunlarla və bol suyla yuyulmalıdır. Tualet vərdişləri öyrədilərkən şəxsi gigiyenaya və təmizliyə fikir verilməlidir.
Peyvənd:
Qış xəstəlikləri zamanı lazım olan peyvəndlər vurulmalıdr. Bu peyvəndlər immunitetə təsir göstərərək uşaqları yolxucu xəstəliklərdən qoruyur.


Tarix: 08.01.2015 / 12:07 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Saglamliq
loading...