Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artritin asan müalicəsi

Artrit oynaqlarda ağrı və iltihab əmələ gətirir. Müalicə edilməzsə sümüklərdə, orqanlarda və dəridə problemlər yaradar.
Bu baxımdan xroniki ağrılar, iltihab, yorğunluq və s. artrit əlamətləri üçün məşqlər və düzgün qidalanma vacibdir.
A, C və E vitaminləri ilə selenium kimi antioksidantlar artrit üzərində müsbət təsiri göstərir. Xüsusən, C vitamini iltihab əleyhinə təsir göstərir və ağrını kəsir.
Artritin asan müalicə üsullarından biri masajdır. O, bədəndə qan dövranını yaxşılaşdırır, əzələləri boşaldır, daxili orqanların fəaliyyətini tənzimləyir.
Yüngül idman məşqləri (pilates, üzmə, qaçış və s.) də oynaqlarda olan ağrını azaltmaqla insanı güclü və hərəkətli edir. Xüsusən pilates təsirlənmiş oynaqları hərəkətli saxlayır. Nizamlı pilates məşqləri artriti olanlara daha yaxşı təsir göstərir. Belə ki, pilates bədəni elastiki edərək tarazlaşdırır.
Yorğunluq və ağrıya qarşı təsir göstərir, oynaqların sərtləşməsinə maneə olur, oynaq funksiyalarını inkişaf etdirir, artriti azaldır və həyat keyfiyyətini artırır.
Pilatesə başlamazdan əvvəl həkimə müraciət etmək lazımdır. Yaralanmanın qarşısını almaq üçün pilates təlimatçısı vacibdir. Çünki, digərlərinə nisbətən pilates təlimatçısı ağrıların azalması üçün düzgün məşq proqramı təyin edir.


Tarix: 08.01.2015 / 11:59 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Saglamliq
loading...