Məlumata görə dərmanları susuz içmək udma çətinliyi ilə özünü göstərən ağrılı xoralara yol aça bilər. Xüsusilə antibiotiklərin, antirevmatik dərmanların, dəmir həblərinin gecə yatmazdan əvvəl az su ilə ya da susuz udulması buna səbəb ola bilər.
Qastroenterologiya mütəxəssisi Dos. Dr. Cem Çingiz, dərman istifadəsində su istifadəsinin çox əhəmiyyətli olduğunu deyir. Onun sözlərindən aydın olur ki, dərman qəbulunun həm əvvəlində həm də sonrasında bol su içmək yemək borusunda ola biləcək fəsadları önləyir. Əgər dərmanlar qeyri-kafi su ilə alınarsa xüsusilə yemək borusunda yara meydana gətirər. Bəzi dərmanlar yemək borusunda mukozal təsirlərə səbəb olur. Bu cür yan təsirlər göstərən dərmanlardan biri kalium xlorid tabletidir. Bunun xaricində Dr. Cingiz yemək borusuna birbaşa zərər verən dərmanlara antibiotikləri, antirevmatik dərmanları da aid edib.
Tetrasiklin qrupu antibiotiklərlə bərabər Doksisiklin qrupu dərmanlarının yemək borusuna ən tez ziyan və xora edən antibiotiklər olduğunu ifadə edən həkim, bu qrup antibiotiklərin ginekologiya, urologiya, dermatologiya və qastroenterologiya sahələrində tez-tez istifadə edildiyini bildirib.
Onun sözlərinə görə bu tibb sahəsinə bağlı sağlamlıq problemlərinin həlli üçün verilən antibiotiklərin qəbulu zamanı alınan sudan sonra yarım saat dik mövqedə qalmaq lazımdır.
Tarix: 08.01.2015 / 12:21 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Saglamliq