Gecələri tez-tez sidiyə qalxma, ürək bulanma, qusma və sidiyin qanlı olması kimi vəziyyətlər böyrək daşının əlamətləri ola bilər.
İsti havalarda bədəndəki suyun tərləmə yolu ilə daha çox çölə atılması sidiyi azaldır və böyrəkdə daşın yaranmasına səbəb olur. Həmçinin duzlu qidalardan, çiy tərəvəzlərdən, zülaldan çox istifadə, çay və qəhvədən çox içmək böyrəklərdə böyrək daşı riskini artır. Suyun az miqdarda içilməsi də böyrəkdə daşın yaranmasına səbəb ola bilər.
Bir sıra mütəxəssislərin fikrincə yaz mövsümündə böyrək daşı riskini azalda bilmək üçün günün böyük bir qismini bağlı yerlərdə keçirən şəxslərin gündə 2 litr, günəşli mühitlərdə olanların isə 3 və ya 4 litrdən çox su içməsi lazımdır.
Böyrək daşı növlərindən olan və əridilməyən kalsium oksalatın salınması üçün sitrat xüsusiyyəti olan limonun çox təsirli olduğu deyilir. Həmin xəstələrə səhər və axşam limon istifadə etmələri məsləhət görülür.
Bu daşın ancaq salınaraq bədəndən atıla biləcəyinə kömək edir. Bundan əlavə bu cür problemlərin həlli üçün cəfəri suyu, avokado yarpağı, çobanyastığı suyu, ardınc dənələri, misir saçağı, limonad şirəsi, limon suyu, ayı üzüm bitkisi və s. xalq təbabəti nemətlərindən yararlanmaq olar. Kalsium oksalat daşının böyrəkdə sitratın yayılmaması səbəbiylə meydana gəldiyi və sitratın da təbii olaraq ən yaxşı limondan istifadəni təmin edə biləcəyi bildirilir. Sitrus meyvələrindən limon, portağaldan istifadə asan bir şəkildə böyrək daşı probleminin həllinə kömək etmiş olur. Limon suyu kimi sitrik turşu baxımından zəngin olan içkilər böyrək qumu ya da böyrək daşının meydana gəlməsinə önləyici təsir edirlər.
Limon suyu bəzi dərmanların sorulmasını artırdığı üçün dərmanlarla eyni anda içilməməlidir. Dərman içildikdən 2 saat əvvəl ya da sonra içilməsi məsləhətdir.
Tarix: 08.01.2015 / 13:09 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Saglamliq