Böyük Britaniya alimləri hesab edirlər ki, piyada gəzməyi və velosiped sürməyi sevənlər avtomobilə üstünlük verənlərə nisbətən ömürlərini daha xoşbəxt və sağlam başa vururlar.
AzərTAc xəbər verir ki, alimlər 18-65 yaşlı 18 min nəfərlə onların ailə vəziyyəti, stress və digər amillərlə bağlı apardıqları sorğudan sonra bu nəticəyə gəliblər.
Məlum olub ki, şəxsi avtomobillərini qarajda qoyub işə piyada və yaxud velosipedlə gedənlər özlərini xoşbəxt sayırlar, çünki onlar tıxaclarda qalıb vaxtlarını itirmir və stress keçirmirlər.
"Sorğular göstərir ki, şəxsi avtomobillərdən istifadə edənlərlə müqayisədə ictimai nəqliyyatla səyahətə çıxanlar özlərini daha xoşbəxt hiss edirlər.
İctimai nəqliyyatla səfərə çıxmaq sərnişinlərə dincəlməyə, oxumağa və dostları ilə əlaqə saxlamağa imkan verir", -deyə Şərqi İngiltərə Universitetinin tibb fakültəsinin əməkdaşları bildiriblər.
Tarix: 08.01.2015 / 11:07 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Saglamliq