Ramazanın son on günündə gecə və gündüz bir məsciddə qalaraq ibadət etməyə etikaf deyilir. Bu kəlməyə lüğətlərdə həbs etmək, bir yerə yerləşmək, oraya bağlanıb qalmaq mənaları verilir. Bir fiqh (İslam hüququ) termini kimi isə ibadət məqsədi ilə bir məsciddə müəyyən qaydalara riayət edib qalmağı ifadə edir. Yəni Ramazan ayında etkafa çəkilmək müəkkəd sünnətdir [1]. Lakin etikaf sünnəti kifayə [2] olduğu üçün bir məhəllədə bir neçə insan etikafa girərsə başqalarının bu sünnəti yaşaması vacib deyil. İmkanı olanlar etikafa girməlidir. Etikafda olanlar məsciddə yeyib içir, orda da yatarlar. Sadəcə dəstəmaz almaq üçün bayıra çıxa bilərlər. On gündən az da etikafa girmək mümkündür. Bir gün və ya bir neçə saat kimi. Əbu Hənifəyə görə içində beş vaxt namaz qılınan hər məsciddə etikafda olmaq caizdir. İmam Malik və Əbu Hənifəyə görə etikafın ən azı bir gündür. Əbu Yusuf ən az zamanın bir günün yarısından çoxu hesab edirsə, İmam Muhamməd etikaf üçün bir saatı da yetərli hesab edir. Vacib olan etikafın şərtlərini yerinə yetirməkdir. Etikafa girənin oruclu olması vacibdir. Məhzəb imamlarımızdan yalnız İmam Şafi bunun vacib olmadığını söyləmişdir. Digər məzhəblərə görə isə oruc olmaq vacibdir.
Qadınlar məscidlərdə etikafa çəkilməzlər. Evdə isə şərtlərə bağlı olaraq bu ibadəti edə bilərlər. Əgər məscid kimi istifadə etdiyi bir otaq varsa orda etikafa çəkilə bilər. Yemək bişirmək, təmizlik etmək kimi ev işlərinin heç birini etməz. Sadəcə ibadətlə məşğul olar.
İmkanı olan qadınların da evdə etikafa girməsi, unudulmuş bu sünnəti ihya (diriltməsi) etmələri məsləhətdir. Beləliklə onlar da sünnəti ihya etməyin savabına qovuşa bilərlər.
Rəsulullah Mədinəyə hicrət etdikdən sonra vəfat edənə qədər hər il Ramazan ayının axırıncı 10 günündə etikafa çəkilmişdir. Xanımlarından da etikafa çəkilənləri vardır. (Buxari, Etikaf, 10)
Etikafın şəriliyi Quran ilə də sabitdir. Bəqərə surəsinin orucla bağlı ayəsində belə deyilir: “...Məscidlərdə etikaf halında olduğunuz zaman qadınlarınızla yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hədlərdir; o hədləri aşmayın! Allah ayələrini (hökmlərini) insanlara belə izah edir ki, bəlkə, onlar müttəqi olsunlar” (Bəqərə, 187)
Yuxarıda söylədiklərimizə əsaslanaraq deyə bilərik ki, hər bir müsəlmanın Ramazan ayının son 10 günündə etikafa çəkilməsi sünnəti-müəkkədədir. İmkanı olanlar Rəsulullahın bu gözəl sünnəsini həyata keçirsələr, böyük bir savaba nail olarlar.
[1]Rəsulullahın davamlı olaraq etdiyi və çox nadir halda tərk etdiyi işlər və ibadətlər. Buna sünnəti-huda da deyilir. Namazların sünnətləri, namazdan öncə azan və iqamə oxumaq, dəstəmaz alarkən düçləri təmizləmək mükkəd sünnətlərdəndir. (Aldulqani Nablusi)
[2]Salam vermək, etikafa çəkilmək və dinin izin verdiyi işlərin əvvəlində "Bismillah" demək sünnəti kifayədir (Kutbuddib İzniki)
Tarix: 06.01.2013 / 15:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 693 Bölmə: Ramazan