Bir çoxları hesab edir ki, payız mövsümündə işgüzarlığa vaxt ayırmayan insanlar xroniki yorğunluqdan daha çox əziyyət çəkir. Bu da səbəbsiz deyil.
Mövsümi dəyişikliklər və ya istirahətdən qayıdıb yenidən iş rejiminə alışmaq, stress və sair səbəblər insanı özünü yorğun hiss etməsinə səbəb olur.
Bu baxımdan tərkibi sink, maqnezium olan qidalara, badam, qoz, balıq, ət, qaraciyər, süd, yumurta kimi məhsullara da fikir vermək lazımdır.
Elə qidalar var ki, tərkibi bol miqdarda faydalı vitamin və minerallarla zəngindir. Buda insanda olan vitamin çatışmazlığına təsir göstərir və yorğunluğu aradan qaldırmağa kömək edir.
Onuda qeyd etmək lazımdır ki, tərkibində A, C və E vitaminləri, selenium, sink, maqnezium və dəmir kimi minerallar da təsirlidir.
Məlumata görə A vitamini qaraciyər, kök, ərik, yemiş, yumurta, ispanaq, pomidor və s. tərəvəzlərdə belə var.
C vitamini limon, portağal, qreyfurt, kivi və s. sitrus bitkilərin tərkibində olur.
Seleniuma isə dəniz məhsullarında, qırmızı ət, böyrək və ürəkdə də rast gəlinir.
E vitamini üçün bitki yağlarından istifadə etmək olar.
Qida rasionunuzda adını çəkdiyimiz bu qidalara belə üstünlük versəniz, xroniki yorğunluğu aradan qaldırıb, enerjinizi gücləndirə bilərsiniz.
Tarix: 21.01.2015 / 17:45 Müəllif: Aziza Baxılıb: 100 Bölmə: Qidalanma və Dieta