Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Badamın faydası

Gündə bir ovuc badam yemək xolesterolu azaltmaqla ürək sağlamlığı üçün xeyirlidir.
Həmçinin insan orqanizminə 163 kalori, 3 qram lif, 6 qram zülal, 37% E vitamini, 19% maqnezium və 36% manqan verir.
Badamda olan E vitamini göz və dərinin daha gənc görünməsinə də təsir edir.
Purdue Universitetinin elm adamları, hər gün badamdan istifadə edənlərdə kalori miqdarının digər insanlara nibətən fərqli olduğunu bildirib.
Şirin və isti olan badam ağrı və acılara, yuxu keyfiyyətinə, zehni gücə də təsirlidir.
Badamı əzərək yulafla qarışdırdıqda dəri üçün mükəmməl bir vasitə alınır. Dəridə olan ölü hüceyrələri çıxarmağa da kömək edir.
San Diego-nun bir sıra elm adamları bildiriblər ki, bu çərəz hafizə, yaddaş itkisi kimi problemləri olanlara da yaxşı təsir göstərir.
Güclü sümüklərə sahib olmaq üçün isə bir çoxları badamdan istifadəni məsləhət görür. Bundan əlavə bu çərəz, insanlarda baş verən zehni yorğunluğu da aradan qaldırır. Südlə içdikdə mədəni qüvvətləndirir, bal ilə qarışdırıb yemək isə qaraciyərə, dalağa xeyirlidir.
Bəzi tədqiqatçılar badamın qanda olan xolesterin miqdarını aşağı saldığını bildirib. Badam həmçinin egzema və qaşıntıların verdiyi rahatsızlıqlara da təsirlidir.
Şirin badam növündən təzə halda yemək məsləhətdir. Acı badamdan isə badam yağı və 0,5-0,8% miqdarında efir yağı alınır.
Badam yağı üzdəki ləkələrin və qulaq ağrısının azalmasına da kömək edir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, badam, hamilə qadınlarda baş verən zəiflik hallarına yaxşı təsir göstərir.
Badamı səhər vaxt və ya naharda yemək məsləhətdir. Badamı ağır qida olduğundan axşam yemək düzgün deyil.
Bir neçə doğranmış badamı bir çay qaşığı saf yağ və ya zeytun yağında yüngül qızardaraq buxarda bişmiş plova əlavə etmək olar.


Tarix: 21.01.2015 / 17:40 Müəllif: Aziza Baxılıb: 91 Bölmə: Qidalanma və Dieta
loading...