Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Harvard Universiteti qatığın faydasını tapdı

Ağartı məhsulları, daha doğrusu qatığın daha bir faydası tapıldı. Verilən məlumata görə, ağartının möcüzəvi faydasını Harvard universitetinin alimləri ortaya çıxarıblar. Aparılan yeni araşdırmaya görə, gündə iki qaşıq qatıq yemək diabetə yaxalanma riskini 1/5 azaldır.

Mütəxəssislər 200 mindən çox qadın və kişinin pəhrizlərini illərlə izləyiblər. Onlardan 15 minə yaxını bu illər ərzində diabetə yaxalanıblar. Bundan sonra alimlər onların menyularında pendir, qatıq, süd kimi məhsulların olub olmamasını müəyyən ediblər. Süd, pendirin xəstəliyə hər hansı təsirinin olub olmaması bəlli olmasa da, qatıq diabet rsikini 18 faiz azaldıb.

Araşdırmaya rəhbərlik edən professor Frank Hu qatığın diabetdən qorunmağın ən ucuz və asan yolu olduğunu deyib. Buna səbəb isə onun tərkibindəki bakteriyalardır. Belə ki, bu faydalı bakteriyalar metobolizmin çalışma sürətini tənzimləyir və xəstəliyin qarşısını alır.


Tarix: 21.01.2015 / 17:44 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Qidalanma və Dieta
loading...