Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gündə xərclənən kalorilərə diqqət!

Məlumata görə, kişilər və qadınlarda olan gündəlik kalori qəbulunda fərqlər mövcuddur.
Kalori qəbulu yaş, cins, həyat tərzi, xəstəliklər, dərman qəbuluna görə dəyişir.
Orta göstərici olaraq kişilər gündə 2300, qadınlar isə 1800 kalori qəbul etməlidirlər. Amma verilən rəqəmlər insandan asılı olaraq müxtəlifdir.
Kalori qəbulu ətraf mühitin təsirindən də asılı olaraq da dəyişir. Məsələn soyuq, şaxtalı havada bədənin enerjisini artırmaq lazımdır, yaz və yayda isə bu tələbat azalır.
Həyat funksiyaları və sağlamlıq üçün kalori almağımız vacibdir. Gün ərzində qəbul etdiyimiz kalorinin beşdən biri beynin fəaliyyətinə sərf edilir.
Bu baxımdan gün ərzində pəhriz saxlayarkən və ya idman edərkən sərf olunan kaloriyə diqqət etmək lazımdır.
Xüsusi ilə idman məşqlərindən sonra düzgün qidalanmaq lazımdır.


Tarix: 21.01.2015 / 17:39 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Qidalanma və Dieta
loading...