Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşlılarda balanslı qidalanma

Məlumata görə həyat tərzinin vacib elementlərindən hesab olunan düzgün qidalanma uzunömürlüyə və cavanlaşmaya səbəb olur. Bu cür məlumatlara yerli və xarici pəhriz mütəxəssislərinin verdiyi şərhlərdə tez-tez rast gəlinir.
Bildiyimiz kimi uşaqlarda, yeniyetmələrdə, gənclərdə olduğu kimi yaşlı insanlarda da balanslı qidalanma əhəmiyyətlidir. Türkiyənin Kadıköy Şəfa Xəstəxanasının "qidalanma və pəhriz" mütəxəssisi Rabia Yurdagül irəli yaşlarda sağlamlıq üçün balanslı qidalanma haqda məlumatlar verib. O, bildirib ki, yaşlanmağa bağlı olaraq yaranan həyati dəyişmələr, fiziki və orqan funksiyalarında olan dəyişikliklər fərdlərin qidalanmasına təsir göstərir. Onun sözlərinə görə daha çox bu dövrdə qida elementlərinə olan təlabat çoxalır. Bu baxımdan yaşlılar B12 və D vitaminlərindən əlavə tərkibi dəmir, sink, riboflavin, zülal, fol, kalsium kimi qida elementləri ilə zəngin və enerji dəyəri yüksək olan qidalar seçim edə bilər. Yaşlılarda maddələr mübadiləsi sürətli olmadığından gücsüzlük problemi meydana çıxır. Bu baxımdan karbohidratlar da vacibdir. Bütün bunlar bədən funksiyalarının fəaliyyəti, əzələ kütləsi və toxumaların qorunması, immun sisteminin güclənməsi üçün əhəmiyyətlidir. Həmin qidalar stress hallarına, böyrək və qaraciyər çatışmazlıqlarına, infeksiya, yaralar və qırıqların sağalmasına da təsirlidir.
Məlumatda oda bildirilir ki, bioyararlılığın yüksək olması üçün tərkibi yağ və xolesterolla zəngin olan heyvan və bitki mənşəli qidalarda tarazlıq təmin edilməlidir. Həmçinin ürək xəstəliklərinə olan riski önləmək üçün az yağlı süd və süd məhsullarından seçim edilməlidir. Xroniki xəstəliklərə qarşı C, E, A vitaminlərini və faydalı mineralları seçim etmək olar.
İsti havalarda, fiziki fəaliyyət çətin olduğundan çoxlu su içilməsi məsləhətdir. İshal, qızdırma və s. xəstəliklərdə maye qəbulu yetərincə olmalıdır.


Tarix: 21.01.2015 / 13:47 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Qidalanma və Dieta
loading...