Orqanizmin tarazlığını qoruyan qidalardan biri çiy qidalanmadır. Bura bütün tərəvəzlər, otlar, meyvələr, taxıllar, paxlalılar, meyvə quruları, cücərti, balıq və dəniz bitkiləri aiddir. Həmin qidaların tərkibində müxtəlif ferment, vitamin və minerallar var. Bu qidaların sayəsində çəki vermək asanlaşır. Həzm sistemi ciddi mənada güclənir. Yəni çəki vermək və ya almaq lazım olduqda heç bir problem olmur.
İstilik temperaturuna baxmayaraq bu cür qidalarda fermentlər, vitamin və minerallar itmir. Həmçinin saçları, dırnaqları və dərini gözəlləşdirir, enerji səviyyəsini artırır. Bu qidalar sızanaqlara, göbələklərə və s. narahatlıq yaradan xəstəliklərə qarşı təsirlidir. Ona görə son dövrlərdə daha çox istifadə edilir.
Çiy qidalanmaya yeni başladınızsa nisbəti az artırmaq lazımdır. Tədqiqatlara görə yalnız 51 faiz nisbətində qidalanmaq, həyat keyfiyyətini ciddi mənada artırır, xəstəliklərə qarşı müqaviməti yüksəldir. Çiy qidaların sayəsində yuxuya ehtiyac azalır, hormonal tarazlıq təmin edilir. Qidalanarkən tərəvəzləri az bişirmək lazımdır.
Bu onların qida dəyərinə və keyfiyyətinə yaxşı təsir göstərir.
Tarix: 21.01.2015 / 17:22 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Qidalanma və Dieta