Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çərəzlər gözəlliyə və ürək-damar xəstəliyinə qarşı təsirlidir

Gözəl bir dəri, sağlam saçlar və baxımlı dırnaqlar üçün əhəmiyyətli qidalardan biri çərəzlərdir. Xüsusi ilə tərkibində Omeqa 3 olan badam ürək və damar xəstəliklərinə təsirlidir. Həmçinin:
- Damar sərtliyini önləməyə;
- Kalori artırmağa (5 dənəsi 50 kaloriyə bərabərdir);
- Qanda şəkər yaranarsa onu təmizləməyə;
- Maqnezium və kalium kimi faydalı hesab olunan maddələrlə yaranan təzyiqi aşağı salmağa;
- Tərkibində olan kalsiuma görə sümükləri qorumağa və yağları əritməyə kömək edir.
Gündə bir ovuc badam yemək xolesterolu azaltmaqla ürək sağlamlığını yaxşılaşdırır.
Qida dəyəri və kalorisi yüksək olan püstə bədənə istilik və quruluq verir, təmiz qan yaradır, bədəni kökəldir, mədə girəcəyini möhkəmləndirir.
Xroniki öskürək, sarılıq və dalaq xəstəlikləri üçün faydalı hesab olunur.
Məlumata görə ABŞ-ın Pensilvaniya Universitetinin alimləri apardıqları tədqiqatlar nəticəsində müəyyən ediblər ki, püstə ürək-damar xəstəlikləri riskini azaldır. Doymamış yağ nisbəti ilə fərqlənən püstə və antepfıstığı xolesterolu azaltmaqla, yorğunluğu qaldırır və zehni gücləndirir. Bu cür çərəzlər cinsi fəaliyyəti yüksəldir və bədənin inkişafını dəstəkləyərək enerji verir. Qaraciyərin və bağırsaqların nizamlı işinə faydalıdır.
Böyrək ağrılarını yüngülləşdirməyə kömək edən bu çərəz xəstələrdə yaxşılaşmağı sürətləndirir. Sinəni yumşaldır və öskürəyi yüngülləşdirir.
İsti məcazlı adamlarda baş ağrısı törədir. Bunun yanında istəyə uyğun sərinlik gətirən meyvə yemək də məsləhət görülür.
Onuda qeyd etmək lazımdır ki, Purdue Universitetinin elm adamları, hər gün badamdan istifadə edənlərdə kalori miqdarının digər insanlara nibətən fərqli olduğunu bildirib. Şirin və isti olan badam ağrı və acılara, yuxu keyfiyyətinə, zehni gücə də təsirlidir.


Tarix: 21.01.2015 / 17:35 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Qidalanma və Dieta
loading...