Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bahar yorğunluğu üçün süd

Yaz aylarında bəzi insanlarda müxtəlif səbəblərdən yorğunluq halları, konsentrasiya əskikliyi yaranır. Bura insanın yaşlanması, ekoloji faktorlar, mövsümi dəyişikliklərlə əlaqədar yaranan maddi və mənəvi sıxıntılar, ətraf mühitdə olan çatışmazlıqlar da təsir edir.
Məlumata görə bu cür halların aradan qaldırılmasında təsirli vasitələrdən biri düzgün və enerjili qidalanmadır.
Bədən müqavimətini artırmaq, yorğunluq və konsentrasiya əskikliyini tamamlamaq, enerjili olmaq üçün süd içkisi də əhəmiyyətlidir.
Bir sıra mütəxəssislər bildiriblər ki, hər gün nizamlı olaraq içilən 2 stəkan süd bahar yorğunluğunu aradan qaldırmağa kömək edir.
Bu daha çox depressiya və stress keçirənlərə yaxşı təsir göstərir, onların rahatlamasını təmin edir.
Bildiyimiz kimi, yorğunluq halları həyat keyfiyyətinə də təsir göstərir.
Bu baxımdan elm adamları qeyd ediblər ki, südün tərkibində sinir sistemini qüvvətləndirən vitaminlər var. Buda yorğunluq sindromuna kömək edir.
Qida və pəhriz üzrə fəaliyyət göstərdiyi bildirilən Türkiyəli Prof. Dr. Neriman İnançın sözlərinə görə kafi və balanslı qidalanma beyin funksiyaları arasında əlaqələrə yaxşı təsir göstərir. Onun şərhindən aydın olur ki, südün içində olan zülal, triptofan adlı amin turşusu, B2, B6, B12 vitaminləri ilə zəngin qida mənbəyidir.
Həmçinin sinir sisteminə təsirli olan gündəlik vitamin ehtiyaclarından hesab olunur. İnsan qanda olan triptofan səviyyəsi aşağı olduqda yorğunluq əlamətləri artır.
Bu baxımdan yaxşı bir triptofan qaynağı olan süd içmək insanı enerjili etməklə gün ərzində yaranan yorğunluq əlamətlərini azaltmağa təsir edir.


Tarix: 21.01.2015 / 17:31 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Qidalanma və Dieta
loading...