Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəsəmən (Göyçə)

Tarixi
İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı.

Qаzахlаrın Kəsəmən tаyfаsının аdını əks еtdirir.

Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 15 km məsаfədə yеrləşir.

25 yаnvаr 1978-ci ildə kəndin adı Bahar, 19 аprеl 1991-ci ildən isə kəndin adı Arpunk qoyulmuşdur.

Əhalisi
1988-ci ilə qədər azərbaycanlılar yaşamışdır.

İqtisadiyyatı
Əkinçilik və heyvandalıq sahəsi üzrə

Görkəmli şəxsləri
Qasım Binnətov — pedaqoq-müəllim, Fin müharibəsinin iştirakçısı, II dünya müharibəsinin veteranı.
Qəşəm Aslanov — dövlət xadimi.
Ziyad Abbasov — Kənd Təsərrüfatı Nazirliyi, Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi, Respublikanın "Əməkdar ixtiraçısı", "Əməkdar kənd təsərrüfatı işçisi", Rusiya Aqrar Elm və Təhsil Akademiyasının müxbir üzvü.
Sərdar Kərimov — dövlət xadimi, əməkdar həkim, səhiyyə nazirinin keçmiş birinci müavini
Almaz Ülvi — ədəbiyyatşünas, yazıçı-publisist.
Ülvi Bünyadzadə — şair, publisist.
Asim Qasımov — Tərtər bаtаlyоnunun döyüşçüsü.
Könül Bünyadzadə — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2008).
Səyyarə Məmmədli — şair-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.


Tarix: 07.02.2015 / 13:21 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Qərbi Azərbaycan
loading...