Tarixi
Kurud Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Rayon mərkəzindən 40 km şimal-şərqdə, Şotalı çayının sahilində yerləşir.
Coğrafiyası və iqlimi
Toponim Azərbaycan dilinin yazıya qədərki dövründə «dağ» mənasında işlənən kur sözünə (123, s.30) -ud şəkilçisinin artırılmasından düzəlib «dağlıq, uca, yüksək yerdə yerləşən kənd, yaşayış yeri» mənasını verir. Relyeflə bağlı yaranan toponimdir. Kurud kəndi uca dağlıq bir yerdə yerləşir. Deməli, kəndin adı ilə onun yerələşdiyi yer arasında bir eynilik vardır. Quruluşca düzəltmə toponimdir.
Əhalisi
Kənddə 1897-ci ildə 145 nəfər, 1922-ci ildə 172 nəfər, 1926-cı ildə 185 nəfər, 1931-ci ildə 220 nəfər (415, s.62-63, 136-137), 1987-ci ildə 600 nəfər (85, s.147) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kəndin sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından tamamilə deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Görkəmli şəxsiyyətləri
Tamxil Ziyəddinoğlu - Bütöv Azərbaycan qəzetinin təsisçisi və baş redaktoru (2008), Televiziyada "Hərbivətənpərvərlik" şöbəsinin böyük redaktoru, "Zireh" və "Hünər meydanı" verilişlərinin müəllifi.
İqtisadiyyatı
Əkinçilik və heyvandalıq
Tarix: 06.02.2015 / 18:34 Müəllif: Feriska Baxılıb: 83 Bölmə: Qərbi Azərbaycan